UNİVERSİTETİN BAZA MÜƏSSİSƏSİNDƏ UŞAQLARIN HÜQUQLARININ MÜDAFİƏSİ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR

Gəncə Dövlət Universiteti və universitetin baza müəssisəsi  olan 2 nömrəli uşaq bağçasının birgə təşkilatçılığı ilə Uşaq-Gənclər Inkişaf Mərkəzində görüş olub.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, görüşdə Təcrübə və karyera şöbəsinin, Pedaqoji fakültənin Psixologiya kafedrasının, Uşaq-Gənclər Inkişaf Mərkəzinin, 2 nömrəli uşaq bağçasının əməkdaşları, tələbələr və uşaqlar iştirak ediblər.

Tədbir Beynəlxalq Uşaq Hüquqlarının müdafiəsi gününə həsr edilib.

Psixologiya kafedrasının müdiri Zümrüd Cavadova bildirib ki, “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb . Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Bu bayramla yanaşı BMT-nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. “Ümumdünya Uşaqlar Günü” 1954-cü ildə BMT-nin Baş Assambleyasının №836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayram kimi qeyd olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncama görə 2009-cu il “Uşaq ili” elan olunub.

Gəncə şəhər 2 saylı uşaq bağçasının müdiri Məhəbbət Atakişiyeva tədbirdə çıxış edərək qeyd edib ki, Gəncə Dövlət Univeristeti bizim bağça ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Universitetin rəhbəri professor Yusif Yusibovun uşaq bağçasında tərbiyə alan fidan ballalarla keçirilən tədbirlərə  daim köməklik göstərdiyini vurğulayan Məhəbbət Atakişiyeva kollektivi adından rektora minnətdarlığını bildirib.

Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.