Tələbələr üçün maarifləndirici tədbir: Vergi ödəyicilərinin qeydiyyatı və uçotu

Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təşəbbüsü ilə Gəncə Dövlət Universitetində “Vergi ödəyicilərinin dövlət qeydiyyatı, uçotu və ƏDV-nin qaytarılması” mövzusunda maarifləndirici seminar təşkil olunub.

Seminarda nazirliyin 12 saylı Ərazi Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin direktoru Rauf Mirzəyev, Şöbə rəhbərləri Rəşad Şamilov və Ziyadxan İsmayılzadə, Vergi Müfəttişləri Səbuhi Əhliyətli və Emin Vəliyev, həmçinin  tələbələr iştirak ediblər.

Tədbiri açan universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva bu cür mövzularda təşkil olunan müxtəlif seminar və təlimlərin tələbələrin müvafiq ixtisas biliklərinin artırılması üçün faydalı olduğunu qeyd edib.

Sonra təlimçilər Vergi ödəyicilərinin uçota alınması üzrə öhdəliyin yaranmasi, tələb olunan sənədlərin toplanması, onların adına bank hesablarının açılması, hüquqi şəxsin ləğvi, maliyyə sanksiyalari, inzibati cərimələr, ödənilmiş ƏDV-ni geri qaytarmağın hüquqi  yolları  və digər nmövzuları əhatə edən təqdimatla çıxış ediblər.

Təqdimatlardan sonra mövzu ilə bağlı  tələbələrin sualları cavablandırılıb.