Tələbələr üçün “Psixoloq kimdir ?” mövzusunda təlim keçirilib

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Gənclər Evində universitetin Pedaqoji fakültəsinin tələbələrinin iştirakı ilə “Psixoloq kimdir ?” mövzusunda təlim keçirilib.

Təlim Günel Hüseynli tərəfindən uğurla aparılıb. Təlim müddətində gələcək psixoloqlarla “psixoloq kimdir ?”, “psixologiya haqqında bildiyimiz səhv və doğrular”, “terapiyanın növləri”, “xarakter və temperament bizim haqqımızda nələr deyə bilər ?” və sair mövzular müzakirə olunub.

Təlim tələbələrlə diskusiya şəklində davam edib.