TƏLƏBƏLƏRİMİZİN YENİ UĞURU

“Xəzər” İntellektual gənclər klubu Azərbaycan Respublikası prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Beynəlxalq Klublar Assosiasiyasının lisenziyası əsasında 25-26 iyun 2016-cı il tarixində “Nə? Harada? Nə zaman?” oyunu üzrə “IV Ağıl Oyunları Festivalı” keçirmişdir. Festivalda 23 region komandası iştirak edirdi. Gəncə şəhərini təmsil edən komanda I yeri tutaraq “Regionlar Kuboku”nun qalibi olmuşdur.

Gəncə şəhər  komandasının tərkibində olan və Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika, Tarix-coğrafiya, İqtisadiyyat və idarəetmə, Fizika və texniki fənnlər, Pedaqoji fakültədə təhsil alan  14 nəfər tələbəmiz bu qələbənin qazanılmasında əsas rol oynamış və “Xəzər” İntellektual gənclər klubunun prezidenti Seymur Teymurovun imzaladığı  diplomla mükafatlandırılmışdır.

11 iyul 2016-cı il tarixində Universitetin Elmi Şurasında rektor professor Yusif Yusibov komandanın üzvlərini təbrik edərək, onlara fəxri fərman  və pul mükafatı təqdim etmişdir.