Tələbələrin dil bacarıqlarının yoxlanılması üzrə sınaq imtahanı keçirilib

Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin tələbələri arasında Azərbaycan Fransız İnstitunun təşkil etdiyi DELF A2 səviyyəsi üzrə sınaq imtahanı keçirilib.

   İmtahan İFA-nın direktor köməkçisi Jonatan Ünlü və universitetin Xarici Dillər fakültəsinin əməkdaşı Vüsalə İsgəndərova tərəfindən aparılıb, tələbələrin fransız dili üzrə yazı və danışıq bacarıqları yoxlanılıb.

   Fransız İnstitunun təşkil etdiyi imtahanların nəticəsi 10 gün ərzində açıqlanacaq.

   Qeyd edək ki, DELF Fransa respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunan fransız dili səviyyəsini təyin edən dil imtahanıdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti