TƏLƏBƏLƏRİN KONSERT PROQRAMI

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə incəsənət sahəsində istedadlı tələbələrin aşkar edilməsi məqsədilə konsert proqramı təşkil edilib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, universitet rəhbərliyinin və Aura park ticarət – əyləncə mərkəzinin dəstəyi ilə  keçirilən konsert proqramında tələbələr şəhər sakinləri qarşısında həm solo, həm də müxtəlif musiqi alətlərində ifa bacarıqlarını nümayiş etdiriblər.

Universitetin Tarix-coğrafiya, Filologiya,  Riyaziyyat-informatika və Biologiya-kimya fakültələrində təhsil alan tələbələrin çıxışları şəhər sakinlərinin marağına səbəb olub.

Müxtəlif əyləncəli oyunların təşkili və qaliblərin hədiyyələrlə mükafatlandırılması konsert proqramını daha da maraqlı edib.