TGT-nın fəal gəncləri Novruz şənliyini qeyd ediblər

Fizika və Texniki Fənlər fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) fəal gənclərinin Novruz şənliyi keçirilib

Tədbir ilk olaraq Dövlət Himnimiz səsləndirilib. Daha sonra şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

Novruz şənliyində Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, fakültənin dekanı Quliyev Muğan və  TGT-nın sədri Fuad Dadaşov novruz bayramı ilə əlaqədar universitet rəhbərliyini, professor-müəllim heyətini və tələbələri təbrik ediblər. Tələbələrə göstərilən diqqət və qayğıya görə universitetin rektoru Yusif Yusibova öz dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirdə milli adət-ənənələrimizi əks etdirən rəqslər, haxıştalar, əyləncəli oyunlar  və standup şou nümayiş etdirilib.