TURİZM VƏ OTELÇİLİK İXTISASI TƏLƏBƏLƏRİ İLƏ GÖRÜŞ

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı daima tələbə gənclərin asudə vaxtlarının səmərəli təşkili,onların öz ixtisaslarına olan marağını artırmaq məqsədi ilə müxtəlif sahələri özündə əks etdirən layihələr həyata keçirmiş və bu tip layihələr uğurla davam etdirilməkdədir. 15 oktyabr 2016-cı il tarixdə də tələbələrə öz ixtisasları haqqında daha ətraflı məlumat vermək və onların gələcək işləri ilə bağlı lazımı biliklərin əldə edilməsi məqsədi ilə Gəncə şəhərində fəaliyyət görstərən turizim şirkətlərinin birinin rəhbəri ilə görüş keçirilmişdir.

Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov tələbələrə layihənin mahiyyəti haqqında məlumat verdikdən sonra  uzun müddət turizm sahəsində çalışan İlham Vəliyev turizm məsələsi, Azərbaycanda onun inkişafı,  iqtisadiyyatımızın tərəqqisində  rolu, ictimai-sosial əhəmiyyəti, xalqın maddı rifah halının yaxşılaşmasına təsirindən geniş şəkildə bəhs etdi. Əlavə olaraq tələbələrə bu sahəni müasir tələblər səviyyəsində öyrənmələrini, xarici dilə maraqlarını artırmalarını nəzərə çatdırdı.

İlham Vəliyev tələbələri maraqlandıran suallara ətraflı cavab verdi. Bu baxımdan tələbələr  görüşü təşkil edənlərə öz səmimi minnətdarlıqlarını bildirdilər.