GDU-nun tələbələri Ümumilli Lider Heydər Əliyevin adını daşıyan Muzeyi ziyarət ediblər

Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Tarix yaradan dahi Lider” mövzusunda tədbir keçirib.

Tədbirdə Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinin tələbələri iştirak edib.

Öncə Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışılıb. Bununla yanaşı, “Müstəqil Azərbaycanın böyük memarı”, “Müstəqil Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”, “Xalqına, vətəninə vurğun böyük azərbaycanlı”, “ Xalqın şərəf və xilas tarixi”, “Müasir tariximizin parlaq səhifələrini yazmış lider” mövzularında çıxışlar edilib.

Tədbir çərçivəsində tələbələr Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Muzey ilə tanış olublar. Muzeydə Ulu Öndər Heydər Əliyevin həyatı və zəngin fəaliyyəti barədə geniş və maraqlı məlumatlar verilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti