UNİVERSİTETİN TƏLƏBƏSİ KARATENİN ŞOTOKAN NÖVÜ ÜZRƏ AVROPA ÇEMPİONATINDA

Azərbaycan Respublikası Karate-Do Federasiyaları Assosiasiyası (AKFA) yığma komandası 1-2-3 noyabr 2019-cu il tarixlərdə Makedoniyanın Skopye şəhərində karatenin şotokan növü üzrə Avropa çempionatında iştirak edib.

Bu yarışda AKFA yığma komandasının,  “Arpaçay” Karate Klubunun Gəncə filialının üzvü və eləcə də, Gəncə Dövlət Universitetinin Bədən Tərbiyəsi və İdman fakültəsinin IV kurs tələbəsi olan Mahir Məmmədov da iştirak edib.

Qeyd edək ki, “Arpaçay” Karate Klubunun Gəncə Filialın baş məşqçisi Mahir Məmmədov veteranlar arasında yarışıb. Universitetin tələbəsi Mahir Məmmədov Avropa çempionatında III yerə layiq görülüb. Daha sonra imtahan verərək “A” kateqoriyalı hakim adını qazanaraq, yarışda vəzifəsini yerinə yetirib.