UNİVİA layihəsinin növbəti monitorinqi uğurla yekunlaşdı


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinatoru olduğu “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” adlı TEMPUS (UNIVIA) layihəsinin təbdirlər planı çərçivəsində Gəncə Dövlət Universitetidə növbəti monitorinq görüşü keçirilib.
Keçirilən görüşdə ekspert qismində iştirak edən İspaniyanın Malaqa Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Xuan Camçeka və UNEC-in əməkdaşı Aysel Musayevanı layihənin yerli koordinatoru, Elm və innovasiyalar üzrə prorektor dosent Pərvin Kərimzadə qarşılamışdır.
Monitorinqin əsas məqsədi tərəfdaş olaraq Gəncə Dövlət Universitetində layihənin iş planının əsasən görülən işlərlə yaxından maraqlanmaq, beynəlxalq səfərlərdə iştirak edən əməkdaşlarla görüşmək və alınan uğurlu nəticələri birlikdə müzakirə etməkdən ibarət idi.
Qonaqları salamlayan prorektor Pərvin Kərimzadə son illərdə GDU-də təhsilin keyfiyyətinin artırılması sahəsində, beynəlxalq əlaqələr istqamətində dinamik, uğurlu inkişafından müsbət söz açmış, görülən işlərlə bağlı təqdimat etmişdir. Pərvin xanım əsasən layihə davam etdiyi son iki il ərzində Universitetin Beynəlxalq əlaqələr şöbəsinin əsasnaməsinin, strateji planının təsdiq olunduğunu və rəhbərlik tərəfindən layihə üzrə alınan texniki avadanlıqla təchis olunmuş yeni iş otaqlarını haqqında qonaqlara məlumat vermişdir. Daha sonra qonaqlar aparılan sənədləşməyə yaxından baxmış və görülən uğurlu işlərə görə müsbət münasibət bildirmişlər.
Beləliklə monitorinq görüşü baş tutmuşdur.