Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş musiqili tədbir keçirilib
29 may 2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin Musiqi fənləri kafedrasının təşkilatçılığı ilə Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə “Məktəblilərin musiqi tərbiyəsində uşaq mahnılarının rolu” mövzusunda tədbir təşkil edilib.
Tədbirdə Pedaqoji fakültənin professor-müəllim heyəti, Musiqi fənləri kafedrasının müdiri Sevda Qurbanəliyeva, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, təcrübəçi tələbələr, 1 saylı orta məktəbin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirdə Üzeyir Hacıbəyli, Ağabacı Rzayeva, Qəmbər Hüseynli, Oktay Zülfüqarov, Tofiq Quliyev, Ramiz Mirişli və digər bəstəkarların mahnıları təcrübəçi tələbələr və şagirdlər tərəfindən ifa olunub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti