YAY  İMTAHAN  SESSİYASI BAŞLAMIŞDIR

Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibovun  yay imtahan sessiyasının mütəşəkkil keçirilməsi məqsədilə imzaladığı müvafiq əmrə əsasən, bu il iyunun 1-dən etibarən bakalavriat səviyyəsi üzrə əyani şöbənin I–III kurslarında və magistraturada yay imtahan sessiyası başlanmışdır.

Rektor imtahana qədər hər bir fakültənin tələbələrinin iştirakı ilə görüşlər keçirmiş, tələbələrin istək və arzularına diqqətlə yanaşmışdır.

Bütün imtahanlar kömpyüterdə test üsulu ilə aparılır. Sessiyanın gedişinə operativ nəzarət etmək məqsədilə yaradılmış qərargah və apelyasiya komissiyası fəaliyyətini davam etdirməkdədir. Müvafiq əmrə uyğun olaraq, qərargahın nəzdində universitet üzrə “Qaynar xətt” yaradılmış, imtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq məqsədilə qərargahın nəzdində apelyasiya komissiyaları yaradılmışdır.

Tələbələr onlar üçün yaradılmış şəraitdən, imtahanların şəffaflığından, biliklərini nümayiş etdirmək üçün verilən imkandan razı qaldıqlarını bildirirlər.