Akademik borcu qalmış tələbələrin yay semestri başlayıb

Universitetin bakalavriat və magistratura səviyyəsinin bütün ixtisaslarında (əyani, qiyabi) tədris prosesi Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 saylı və 17 iyul 2017-ci il tarixli 257 saylı Qərarları ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları »na uyğun olaraq, rektorluğun 13 iyul 2018-ci il tarixli 5/157 saylı əmri ilə 2017/2018-ci tədris ilinin payız və yaz semestrlərindən akademik borcu qalmış əyani və qiyabi təhsil formasında, bakalavriat səviyyəsində müxtəlif ixtisaslarda təhsil alan tələbələr üçün ödənişli əsaslarla yay semestri təşkil olunub.

Yay semestrində 6 fakültə üzrə müxtəlif ixtisaslarda təhsil alan 33 nəfər tələbə 10 fəndən 10 kreditdən çox olmamaq şərti ilə tədris məşğələlərində iştirakına icazə verilib.

Yay semestrinin tədris məşğələləri 17 iyul 2018-ci il tarixdə başlayıb, 18 avqust 2018-ci il tarixdə başa çatacaq. Yay semestrinin təşkili üçün rektorluq tərəfindən və fakültələr üzrə təşkilatçı şəxslər təyin edilib. Tədris məşğələləri fənn müəllimləri tərəfindən saat hesabı ilə icra olunur.

Yay semestrinin imtahanları 21-25 avqust 2018-ci il tarixdə təşkil olunacaq. Yay semestrinin imtahanlarına üzrlü səbəbdən gəlməyən tələbələr imtahana gəlməməsinin üzrlü səbəbi barədə sənəd təqdim edərsə 1-10 sentyabr tarixdə bir dəfə təkrar imtahan vermələri üçün şərait yaradılması nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − six =