“Payız-2014”-Qərb Regional Gənclər Debat Forumu”

Gəncə Regional Debat Mərkəzi “Odlar yurdu” və  Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə 7-8 dekabr 2014-cü il tarixdə Azərbaycan Texnologiya Universitetində “Payız-2014”-Oərb Regional Gənclər Debat Forumu” baş tutmuşdur. Forumda Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti,  Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Tibb kolleci, Gəncə humanitar kolleci və Gəncə musiqi kollecindən ümumi turnirdə 16 komanda iştirak etmişdir. Bu komandaların  altısı Gəncə Dövlət Universitetini təmsil edirdi.
Gəncə Dövlət Universitetində Debat klubuna sədrlik edən Elsevər Cavadovun ( İqtisadiyyat və idarəetmə fakültəsi, III kurs)  özünün iştirak etdiyi və Kənan Məmmədovun  (İqtisadiyyat və idarəetmə fakültəsi, III kurs ), Məhbubə Hüseynovanın (pedaqoji fakültə) üzvü olduğu “İstiqlal” adlı bu komanda “ Məşğulluq probleminin artmasına səbəb bir başa gənclərin özüdür” mövzusu ətrafında gedən müzakirələrdə üstünlük qazanıb komandalar arasında birinci yerə sahib çıxmışlar.
Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov qələbə münasibəti ilə komanda üzvülərini qəbul edib, onları Universitetin şərəfini qoruduqları üçün təşəkkürünü bildirməklə mükafatlandırmışdır.