2 Fevral Gənclər Günü münasibətilə tədbir keçirilib

         Gəncə Dövlət Universitetində (GDU) 2 Fevral Gənclər Günü münasibətilə tədbir keçirilib.

      Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarının xatirəsi bir dəqiəlik sükutla yad edilib.

     Daha sonra gənclər siyasəti nəticəsində əldə olunan uğurlardan bəhs edən videoçarx nümayiş olunub.

   Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək ölkəmizdə Gənclər Gününün qeyd edilməsinin tarixindən, gənclərin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında Dövlət Gənclər siyasətinin rolundan ətraflı danışıb. Qeyd edilib ki, məhz Ümummilli Lider Heydər Əliyevin müdrikliyi və uzaqgörən siyasəti sayəsində gənclərin sosial, iqtisadi, təhsil və digər problemlərinin həllinə yönəlmiş fərman və sərəncamlar, dövlət proqramları qəbul edilib. Bu gün dövlət gənclər siyasəti Azərbaycanda gənc nəslin mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda tərbiyəsi, hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaradır.

        Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova çıxışında vurğulayıb ki, təməli  Ulu Öndər Heydər Əliyev  tərəfindən qoyulmuş Dövlət Gənclər siyasətinin   Prezident İlham Əliyev tərəfindən uğurla  davam   etdirilməsi  gənclərimizdə böyük ruh yüksəkliyi, işıqlı  sabahımıza  dərin  inam yaradır.  Azərbaycan dövləti gənclərin milli ruhda tərbiyə almasına xüsusi diqqət yetirir və həyata keçirilən məqsədyönlü tədbirlər məhz bu amala xidmət edir.

      Tədbirdə Riyaziyyat-informatika fakültəsinin tələbəsi   Aysun Cavadova ” 2 Fevral Günü Ümummilli  Liderimiz  Heydər   Əliyevin  gənclərə  hədiyyəsidir”, Filologiya  fakültəsinin tələbəsi Rüqəyya Əliyeva “Sağlam  gənclik  millətin inkişaf  təməlidir”, Filologiya  fakültəsinin tələbəsi Mehriban İsayeva  “Biz sabaha  İlhamla  irəliləyən  gənclərik” mövzularında çıxış ediblər.

      Sonda təhsildə və ictimai işlərdə fərqlənən GDU-nun bir qrup tələbəsinə Fəxri fərman təqdim edilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti