20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün qeyd edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün qeyd edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün təhsil müəssisələrində qeyd edilməsi məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

ƏMR EDİRƏM:

1. 20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).

2. Tədbirlər planına müvafiq olaraq ali, ilk peşə və orta ixtisas təhsili, ümumtəhsil, internat məktəbləri və məktəbdənkənar təhsil müəssisələrində 06 – 20 yanvar tarixlərində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçirilsin.

3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunsun.

Əsas: Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Rəhbərinin 17 dekabr 2014-cü il tarixli, 134 nömrəli Sərəncamı.

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

6 yanvar 2015-ci il

№08

 

Azərbaycan Respublikası Təhsil Nazirinin

6 yanvar 2015-ci il tarixli, 08 nömrəli əmri ilə təsdiq olunmuşdur.

20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirillməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı

 

 

 s/s Tədbirlər   İcra vaxtı  İcraya məsul
1  Ali, ilk peşə və orta ixtisas təhsili, ümumtəhsil, internat məktəbləri və məktəbdənkənar təhsil müəssisələrində 20 yanvar hadisələrinin mahiyyətini əks etdirən toplantı, konfrans və mühazirələrin keçirilməsi, xüsusi qəzetlər, bülletenlər, stendlər, guşələr yaratmaq, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri, şagirdlər və tələbələrlə görüşlər təşkil etmək  06-16 yanvar 2015-ci il Təhsili müəssisələrinin rəhbərləri,
Gültəkin Hüseynova,
Samir Vəliyev,
Aydın Əhmədov,
Vasif Məmmədov
Məlahət Hacıyeva 
 2  Ali, ilk peşə və orta ixtisas təhsili, ümumtəhsil və internat məktəbləri, məktəbdənkənar təhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr edilmiş xüsusi dərsin aparılması  16 yanvar 2015-ci il  Təhsili müəssisələrinin rəhbərləri,
Gültəkin Hüseynova,
Samir Vəliyev,
Aydın Əhmədov,
Vasif Məmmədov
Məlahət Hacıyeva
 3  Bakı şəhərində və respublikanın bölgələrində şəhidlərin xatirəsinə ucaldılmış abidələrə, şəhidlər xiyabanlarına şagird və tələbələrin ziyarətini təşkil etmək 19-20 yanvar 2015-ci il  Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin),  təhsil müəssisələrinin rəhbərləri
4 Təhsil müəssisələrinin internet saytında 20 Yanvar faciəsini əks etdirən materiallar yerləşdirmək 06-20 yanvar 2015-ci il  Təhsil müəssisələrinin rəhbərləri