44 günlük Vətən müharibəsi dövründə Gəncədəki terror aktları erməni vandalizminin bariz nümunəsidir
Bu gün 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini 5-ci dəfə raket atəşinə tutmasından üç il ötür.
2020-ci ilin oktyabrın 17-də gecə saat 01 radələrində düşmən cəbhə zonasından xeyli kənarda yerləşən Gəncənin Cavadxan qəsəbəsini “SCUD” ballistik raketləri ilə atəşə tutub. Nəticədə 15 mülki şəxs ölüb, 55 nəfər yaralanıb. Terror hadisələri zamanı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Xatırladaq ki, Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti