52 İL EYNİ VƏZİFƏDƏ

Gəncə Dövlət Universitetinin Ümumi şöbəsinin müdiri Elmira xanım Kərimova 70 illik şərəfli bir həyat yolu keçib. Ömrünün 52 ilini Ümumi şöbənin müdiri kimi ən gərgin iş sahəsi olan bir vəzifəyə  sərf edib. Ləyaqətlə, vicdanla işləyib. Dəfələrlə təşəkkürlərə, fəxri fərmanlara layiq görülüb.

05 may 2016-cı il tarixdə Universitetin rektoru professor Yusif Yusibov kollektivin dərin hörmətini qazanmış Elmira xanıma yubiley münasibəti ilə fəxri fərman və pul mükafatı təqdim edib, ona möhkəm cansağlığı, işində müvəffəqiyyətlər arzulayıb.