8 Noyabr –Zəfər Günü ilə əlaqədar GDU-nun kollektivi Şəhidlər xiyabanını ziyarət etmişlər

Azərbaycan ordusunun Vətən müharibəsində əldə etdiyi şanlı qələbənin növbəti ildönümü Gəncə şəhərində təntənəli şəkildə qeyd olunmuşdur. 8 Noyabr –Zəfər Günü ilə bağlı tədbir çərçivəsində Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov, universitetin professor-müəllim heyəti də Gəncənin Şəhidlər xiyabanını ziyarət etmiş, abidə və məzarların önünə gül dəstələri qoymuş, şəhidlərin xatirəsini ehtiramla yad etmişlər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti