Universitet tələbələri “Sağlam tələbə – sağlam ölkə!” mövzusunda seminarda iştirak ediblər
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialının Heydər Əliyev Fondu, “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqı ilə birlikdə Sağlamlıq Universiteti çərçivəsində Zoom platformasında onlayn-seminar keçirilmişdir.
Seminarda Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının fəal gəncləri də iştirak ediblər.
Online formatda keçirilmiş seminarda “Onkoloji xəstəliklərin erkən diaqnostika” və “Uşaqlarda və yeniyetmələrdə süd vəzinin xəstəlikləri (rus dilində) profilaktikası” mövzuları haqqında məruzələr dinlənilmişdir.
Sonda açıq seminarda tələbələri maraqlandıran suallar mütəxəsislər tərəfindən cavablandırılmışdır.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti