2022-ci il üçün doktoranturaya və dissertanturaya fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə qəbul
Qəbul qaydaları haqqında məlumatı GDU-nun doktorantura və dissertantura şöbəsindən almaq olar. Əlavə olaraq bildirilir ki, doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər. Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi cari il 05 aprel tarixindən başlayaçaqdır. Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya sənəd qəbulunun son tarixi 05 may 2022-ci ildir (fəlsəfə fənni üzrə imtahan 2022-ci il sentyabrın 1, 2, 5-də, ixtisas imtahanı isə 2022-ci il sentyabrın 12 və 13-də keçiriləcəkdir).
Ünvan: AZ 2000, Gəncə şəhəri, Heydər Əliyev prospekti 429.
Tel: (+99222) 266-01-88 Elm və innovasiyalar