GDU-da “Vəkil günü” münasibəti ilə tədbir keçirilib
Gəncə Dövlət Universitetində “Vəkil günü” peşə bayramı ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Gəncə şəhər 1 saylı Vəkillər Bürosunun sədri Camal Əliyev və vəkillər – Səadət Seyidli, Elnur Əliyev, Elsəvər Məmmədov və Asif Abdullayev iştirak ediblər.
Öncə şəhidlərin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Gəncə Dövlət Universitetinin prorektoru, dosent Gülsüm Fətəliyeva vəkilləri peşə bayramı münasibəti ilə universitet rəhbərliyi adından təbrik edib.
Prorektor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il dekabr ayının 25-də imzaladığı “Vəkil günü” peşə bayramının təsis edilməsi haqqında Sərəncamdan ətraflı danışıb.
Tədbirdə çıxış edən vəkillər cəmiyyətdə insanlara hüquqi yardımın göstərilməsindən , hər bir şəxsin hüquqlarının qanunla qorunan mənafelərinin müdafiəsindən, bununla yanaşı vəkillik fəaliyyətinin əsas prinsiplərindən ətraflı söhbət açıblar.
Sonda tədbir iştirakçılarının sualları vəkillər tərəfindən ətraflı cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti