Azərbaycan-Çin əlaqələri yeni mərhələyə – strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib
Ölkə başçısı cənab İlham Əliyev 2023-cü il 17 yanvar tarixində Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində bildirib ki, Çin ölkəmizlə etibarlı münasibətlərə malikdir. Çin və Azərbaycan yaxşı dostlardır. Hər iki ölkənin dövlət başçıları arasında görüşlər təşkil olunur. Xüsusi olaraq qeyd etməlik ki, Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırmışdır. Azərbaycanla Çin arasında əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub. Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir.
30 il ərzində davam edən siyasi münasibətlər artıq ölkələrin yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Çinlə Azərbaycanın beynəlxalq təsisatlar çərçivəsində əməkdaşlığımız var. Hər iki dövlət bir birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.
Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətindədir. Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur.
Azərbaycan enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edir. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti