Gəncə Dövlət Universitetində Gənclər Günü münasibətilə tədbir keçirilib
2 Fevral Gənclər Günü münasibətilə Gəncə Dövlət Universitetində tədbir keçirilib.
Ilk öncə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov və tələbələr ali məktəbin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarının xatirəsi bir dəqiəlik sükutla yad edilib.
Tədbirdə ölkəmizdə həyata keçirilən gənclər siyasəti nəticəsində əldə olunan uğurlara dair videoçarx nümayiş olunub.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov çıxış edərək gəncləri bu əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə 2 Fevral Gənclər Gününün qeyd edilməsinin, bu sahədə dövlət siyasətinin formalaşdırılmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Bununla yanaşı, Azərbaycan gənclərinin yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında həyata keçirilən məqsədyönlü tədbirlərdən, dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışıb.
Rektor Yusif Yusibov çıxışında Ulu Öndər Heydər Əliyevin banisi olduğu və Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasından bəhs edib və dövlət başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini vurğulayıb. Rektor onu da xüsusi qeyd edib ki, məhz 44 günlük Vətən müharibəsində vətənpərvər Azərbaycan gəncləri dövlət başçısı Cənab İlham Əliyevin ətrafında sıx birləşərək qəhrəmanlıq səlnaməsi yazdılar, torpaqlarımızı işğaldan azad etdilər.
Tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Tədris məsələləri üzrə prorektor Şahin Xurşudov, rektorun baş müşaviri Asif Cavadov, Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlov, Tələbə Gənclər Təşkilatının sədri Fuad Dadaşov çıxış edərək dövlət tərəfindən gənclər üçün yaradılan imkanlardan ətraflı danışıblar.
Tələbələr onlar üçün yaradılan şəraitə və göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkür ediblər.
Sonda Gəncə Dövlət Universitetinin ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup tələbəyə Fəxri Fərman təqdim edilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti