Bu gün Torpaq çərşənbəsidir
Novruz çərşənbələrinin sonuncusu Torpaq çərşənbəsidir. Xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə” də adlandırılan bu çərşənbə günü yer oyanır, torpaq nəfəs alır və əkinə, toxum səpininə hazır olur. Bu çərşənbə özünün təntənəsi, ayin və inancları ilə digər çərşənbələrdən seçilir.
Yazın gəlişi ilə əlaqədar ilaxır çərşənbə axşamı həyətlərdə tonqal qalanır, insanlar odun üstündən hoppanırlar. Tonqal üstündən atlanmaq köhnə ilin qada-balasını odda yandırmaq, yeni ilə qədəm qoymaq deməkdir. İnanca görə, ilaxır çərşənbədə təzə paltar geyinmək uğur gətirər, küsülülər barışar. Çərşənbə axşamı bacalardan qurşaqlar, şallar sallanar, qulaq falına çıxar, oyunlar oynanılardı.
Torpaq çərşənbəniz mübarək!