“Universidad Católica San Antonio de Murcia” Universitetində (2023-2024) qısa müddətli təcrübə proqramı
Hörmətli Administrativ heyət,
Gəncə Dövlət Universiteti Erasmus+ KA1 beynəlxalq kredit mobilliyi proqramı vasitəsilə İspaniyanin “Universidad Católica San Antonio de Murcia” Universitetində (2023-2024) qısa müddətli təcrübə keçmək üçün müraciətlərin qəbul olunduğunu elan olunur. Heyət həftəsi 22-25 aprel 2024-cü ildə baş tutması gözlənilir.
Erasmus+ Universidad Católica San Antonio de Murcia müraciət prosedurlarını aşağıdakı kimidir:
Administrativ heyət üçün tələb olunan sənədlər:
- Europass CV (Fərdi fəaliyyətlər (kurslar, seminarlar, konfranslar, nəşr olunmuş tədqiqatlar və s.) və ixtisasla əlaqəli peşəkar təcrübəni əks etdirən ingilis dilində hazırlanmış CV (maksimum 2 səhifə). Zəhmət olmasa, linkdəki “Europass CV” şablonundan istifadə edilməsi tövsiyyə olunur: https://europass.cedefop.europa.eu/en/documents/curriculum-vitae/templates-instructions.iehtml;
- Pasport
- Motivasiya məktubu
- İngilis dili biliyi sənədi (TOEFL, IELTS, Universitetin ingilis dili imtahanı, YDS, YOKDIL və ya ÖSYM tərəfindən qəbul edilən imtahanlar)
- Namizədlər Universitetin aidiyyatı komissiyasından müsahibədən keçməlidirlər (Burada ingilis dil biliyi və fəaliyyəti qiymətləndiriləcəkdir).
Müraciət və əlavə məlumat üçün kontaktlar :
E-mail: info@gdu.edu.az
Təqaüd: Xərclər UCAM San Antonio de Mursiya Universitetinin layihə büdcəsi tərəfindən qarşılanacaqdır.
Ərizənin göndərilməsi üçün son tarix 31 yanvar 2023-cü ildir.