Könüllülüklə bağlı olaraq maarifləndirici görüş keçirilib
Gəncə Dövlət Universitetinin beşinci tədris binasında yerləşən Nuru Paşa adına kitabxanada Heydər Əliyev Fondu yanında “Regional inkişaf” İctimai Birliyi tərəfindən könüllülüklə bağlı maarifləndirici görüş keçirilib. Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri açıq elan edərək ölkəmizdə Heydər Əliyev Fondunun gördüyü böyük işlərdən danışıb. Qeyd edib ki, “Regional İnkişaf” İctmai Birliyi ölkəmizdə könüllülük proqramları həyata keçirir. Könüllülük proqramına qoşulacaq gənclərin seçilməsi məqsədi ilə təhsil müəssisələrində görüşlər keçirilir. Bu keçirilən görüş də həmin tədbirlərin davamıdır.
Tədbirdə Heydər Əliyev Fondu yanında “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) əməkdaşı Aydın Budaqov könüllülük fəaliyyətinin əhəmiyyətindən söz açıb. Öllkədə mötəbər tədbirlərin keçirilməsində könüllülərin aparıcı qüvvə olduğunu vurğulayıb. Qeyd edib ki, bu gün Azərbaycanda 20 mindən çox könüllünün olması və onların sayının artması isə sevindirici haldır.
Sonra könüllü koordinatorlarda gənclərlə maarifləndirici söhbət aparılıb.
Tədbir tələbələrlə sual-cavab formasında davam edib. Yekunda RİİB-də könüllü olmaq üçün müraciət edən tələbələrlə müsahibələr götürülüb.





