Gəncə Dövlət Universitetində WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) barədə ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə  Gəncə Dövlət Universitetində müəllim və tələbələrin iştirakı ilə məlumatlandırma sessiyası keçirilib.

   Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramiz İdrisoğlu və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov iştirak edib.

   Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva  çıxışında Gəncə şəhərinin qədim tarixi, mədəniyyəti və inkişaf mərhələləri haqqında ətraflı danışıb.

  Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramiz İdrisoğlu qeyd edib  ki, “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunacaq WUF13 tədbirinin Azərbaycanda keçirilməsi təsadüfi deyil. Azərbaycan BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraiyyə Şurasına üzv seçilib və “Hər kəs üçün münasib mənzil” üzrə Açıq Hökumətlərarası İşçi Qrupuna həmsədrlik etməklə qlobal şəhərsalma gündəliyinin formalaşmasına birbaşa töhfə verir. Bununla yanaşı, Azərbaycanın insan mərkəzli ağıllı şəhərlər üzrə beynəlxalq təlimatların hazırlanmasına dair Ekspert İşçi Qrupunda da fəal iştirak edir. Ramiz İdrisoğlu Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edərək işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən də danışıb.  

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov universitetin müəllim və tələbələrini WUF13  tədbirinə dəvət edərək bildirib ki, Forumun proqramı artıq açıqlanıb. Qeyd edib ki, iştirakçılar tədbirə həm əyani, həm də onlayn formada qoşula bilərlər. Forum çərçivəsində keçiriləcək tədbirlərlə tanış olmaq üçün www.wuf13.az saytına daxil ola bilərlər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.