qiyabi təhsil alan tələbələrlə görüş keçirilib

Gəncə Dövlət Universitetində Elm və innovasiyalar üzrə prorektor, millət vəkili Pərvin Kərimzadə, Qiyabi şöbənin müdiri Elsevər Nağıyev və Tələbə Elmi Cəmiyyətinin sədri Lalə Ələkbərova qiyabi təhsil alan tələbələrlə görüş keçiriblər.

Tədbirin məqsədi tələbələrin elmi fəaliyyətə cəlb olunması, universitetdə həyata keçirilən elmi layihələr və innovativ təşəbbüslər barədə məlumatlandırılması olub.

Görüş zamanı çıxış edən prorektor Pərvin Kərimzadə universitetdə son illər ərzində elm və innovasiya sahəsində görülən işlər, əldə olunan nailiyyətlər və tələbələrin elmi fəaliyyətinin dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Qiyabi şöbənin müdiri Elsevər Nağıyev qiyabi təhsil alan tələbələrin akademik inkişafı, tədris prosesində fəallığının artırılması və universitet həyatına daha yaxından inteqrasiyası istiqamətində görülən işlərdən bəhs edib.

Daha sonra çıxış edən Tələbə Elmi Cəmiyyətinin sədri Lalə Ələkbərova tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunması, Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti, eləcə də gələcək dövrdə nəzərdə tutulan elmi layihə və təşəbbüslər barədə məlumat verib.

Görüş qarşılıqlı müzakirələr şəraitində davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb, onların təklif və fikirləri dinlənilib.