DIRNA layihəsi çərçivəsində RIMS sisteminin təqdimatı təşkil edilib

29 may 2026-cı il tarixində DIRNA layihəsinin işçi qrupu tərəfindən universitetin fakültə və kafedra rəhbərlərinə RIMS sistemində (https://rims.khazar.org/communities/90349137-ec95-4895-be7d-d92c75ea7dc9) icra edilmiş fəaliyyətlərə dair hazırki vəziyyət haqqında ətraflı məlumat verilib.

Görüş zamanı İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov layihə çərçivəsində yaradılmış RIMS platformasında icra edilmiş fəaliyyətlər haqqında ətraflı məlumat verib. Platforma üzərində hər bir fakültənin ayrıca səhifəsinin yaradıldığını və orada yerləşdirilmiş müvafiq kafedraların elmi-tədqiqatçılarının elmi əsərləri haqqında məlumat verilmişdir. Bunun nəticəsində həmin əsərlərin ictimaiyyət tərəfindən əlçatanlığı təmin ediləcəkdir.

Vasif Həsənov RIMS sistemində  Kimya və biologiya fakültəsi üzrə 15, İqtisadiyyat və idarəetmə fakültəsi üzrə 28, Filologiya və xarici dillər fakültəsi üzrə 2, Tarix və coğrafiya fakültəsi üzrə 14, Riyaziyyat və informatika fakültəsi üzrə 35, Fizika və texniki fənlər fakültəsi üzrə 7 elmi-tədqiqat işi olmaqla ümumilikdə 101 məqalə yerləşdirilmişdir.

Platformanın hazırki vəziyyəti və işlək olması struktur bölmə rəhbərləri tərəfindən böyük maraqla qarşılanıb. Bəzi struktur bölmə rəhbərləri sistemin işlək və dayanıqlı olması üçün öz tövsiyələrini bölüşüb.Sistemə müvafiq məlumatların daxil edilməsi layihə komandası tərəfindən davam etdirilir. Gələcəkdə struktur bölmə rəhbərləri ilə yenidən görüşün keçirilməsi planlaşdırılıb.