Gəncə Dövlət Universitetində Magistratura səviyyəsi üzrə dərslər

Gəncə Dövlət Universitetində Magistratura səviyyəsi üzrə tədris prosesinin təşkili ilə bağlı bəzi məlumatları diqqətinizə çatdırırıq.

Dərslər 15 sentyabr tarixindən etibarən başlayır

Dərslər həftədə 4 gün olmaqla I-IV günlər tədris edilir

Dərslərin başlama vaxtı 17:00

Magistratura şöbəsi Universitetin V tədris binasında ( Ünvan: Gəncə şəhər, C.Rəfibəyli 57) yerləşir və bütün dərslər burada keçirilir.

Qeydiyyat onlayndır.

Dərslər başlayan zaman aşağıda qeyd olunan sənədlər şöbəyə təqdim olunmalıdır:

Bakalavr diplomunun əsli və ya notarial qaydada təsdiq olunmuş surəti (Cari ildə universiteti bitirənlər üçün diplom əvəzi arayış) Diploma əlavə olunan qiymət cədvəli

Şəxsiyyət vəsiqəsinin surəti

Magistratura səviyyəsinə qəbul olduğunuz barədə DİM-dən çıxarış sənədi

Şəkil -4 ədəd ( 3×4)

Ödəniş qəbzinin surəti