DOKTORANTLARIN VƏ GƏNC TƏDQİQATÇILARIN RESPUBLİKA ELMİ KONFRANSI (NASCO29)
Hörmətli gənc tədqiqatçılar!
15-16 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə “Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29)” keçiriləcək.
Konfrans ənənəvi (üz-üzə) formatda təşkil olunacaqdır ki, bu da müxtəlif bölgələrdən və elmi istiqamətlərdən olan iştirakçıların bir araya gəlməsinə və gələcək əməkdaçlıqların qurulmasına geniş imkanlar yaradacaqdır.
Konfransın əsas məqsədi gənc alim və tədqiqatçılara öz elmi tədqiqatlarının nəticələrini təqdim etmək, müxtəlif sahələr üzrə aktual problemləri müzakirə etmək, elmi əməkdaşlıq əlaqələri qurmaq və innovativ ideyalar üçün platforma yaratmaqdır. Elmin bütün sahələrini əhatə edən bu tədbirdə iştirakçılar bir araya gələrək elmi polemikalar aparmaq, təcrübə və bilik mübadiləsi etmək, eləcə də multidissiplinar yanaşmalar formalaşdırmaq imkanı əldə edəcəklər.
Konfransa təqdim olunacaq məqalə və tezislər ciddi elmi ekspertiza və rəy prosesindən keçiriləcək, etik prinsiplərə və akademik dürüstlüyə uyğunluğu yoxlanılacaqdır.
Qəbul edilmiş materiallar konfransın rəsmi toplusunda nəşr olunacaq və bu, əldə olunmuş mühüm elmi nəticələrin yayılması və gələcək tədqiqatlar üçün əlçatanlığın təmin edilməsinə xidmət edəcəkdir.
Ortaq elmi mühit yeni ideyaların yaranmasına, müzakirələr innovativ yanaşmaların inkişafına, qarşılıqlı əməkdaşlıq isə gələcək uğurlu layihələrin əsasının qoyulmasına səbəb olacaqdır.
Konfransın məqalə qəbulu:
1 oktyabr 2026-cı il tarixinədək
Məkan:
Naxçıvan Dövlət Universiteti


