Müəllimlik vakansiyası elan edilir!

Gəncə Dövlət Universiteti üzrə 2026/2027-ci tədris ili üçün aşağıda qeyd edilən kaferalarda vakant yerlər üzrə müəllimlik vakansiyası elan edir!

            Gəncə Dövlət Universiteti 2025/2026-cı tədris ili üçün peşəkar və ixtisaslı kadrların cəlb olunması üçün aşağıda adları qeyd edilən kafedralar üzrə boş olan yerlərə müəllim vakansiyaları elan edir. Müəllimlik fəaliyyəti ilə maraqlanan mütəxəssislərin müraciətləri qəbul olunur.

Bədən tərbiyəsi və idman – 1 yer

Leksika və ölkəşünaslıq kafedrası – 1 yer

Ümumi texniki fənlər və texnologiya – 1 yer

Namizədlərə olan tələblər:

  • Minimum magistratura təhsil səviyyəsinin məzunu;
  • Müvafiq elmi ad və dərəcəsi olanlara üstünlük verilir;
  • Tədrisin təşkili ilə bağlı bacarıqlar;
  • Tədris texnologiyalarından (Word, Excel, PowerPoint, Microsoft Teams və s.) istifadə bacarığı;
  • Akademik səviyyədə müvafiq fənni bilmək;
  • Vəzifənin etik davranış qaydalarına sadiqlik.

Tələb olunan sənədlər:

  • Ərizə
  • CV
  • Bakalavr və magistr səviyyələri üzrə diplom və diploma əlavələrin surəti (notarial qaydada təsdiq olunmuş)
  • Kadrların şəxsi uçotu vərəqi
  • Şəxsiyyət vəsiqəsinin surəti – 2 ədəd
  • YAP üzvlük vəsiqəsinin surəti
  • Tərcümeyi-hal
  • Yaşayış yerindən arayış
  • Sığorta kartının surəti
  • Rəngli şəkil 4×5 1 ədəd
  • Beynəlxalq sertifikatlar (əgər varsa)
  • Qovluq

Qeyd: Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidirlər.

Tələblərə cavab verən namizədlər 2026-cı ilin 08 sentyabr tarixədək sənədlərini Universitetin İnsan resursları şöbəsinə təqdim edə bilərlər.

                                                                                                                                    Rektorluq