ALMAN QONAQLAR GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ

23 noyabr 2016-cı il tarixdə Almaniya səfirliyinin elm, təhsil və mədəniyyət üzrə şöbəsinin nümayəndəsi Cəmilə Ağababayeva və Höte İnstitutunun metodisti Eike Pockvandt Alman dili kafedrasının müəllim heyyəti və ölkəmizin Qərb və Şəki-Zaqatala zonalarında işləyən alman dilli müəllimləri üçün mühazirə və seminarların təşkili layihəsinə hazırlıq məqsədilə Gəncə Dövlət Universitetində olmuşlar.

Xarici dillər fakültəsində Alman nümayəndələrinin Alman dili kafedrasının müəllimləri və alman dili müəllimliyi ixtisasında təhsil alan tələbələrlə görüşü keçirilmişdir. Qonaqlar müəllim və tələbələrə yeni metodlarla dərsin təşkili, yeni dərslik və metodik vəsaitlər haqqında məlumat vermişlər.

Fakültənin dekanı dosent Əjdər Əsgərov və Alman dili kafedrasının müdiri baş müəllim Elvin Atakişiyev qonaqlara Universitet, fakültə və Alman dili kafedrası haqqında ətraflı məlumat vermişlər.

Görüşün sonunda Alman dili kafedrasının əməkdaşlarının, şəhərimizin və ətraf rayonların alman dili müəllimlərinin iştirakı ilə yeni metodiki üsullar və birgə layihələr haqqında fikir mübadiləsi aparılmışdır.