DAMA YARIŞINA START VERİLDİ

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə mütəmadi şəkildə tələbələr arası müxtəlif idman yarışları keçirilir və qalib olan tələbələr rəhbərlik tərəfindən mükafatlandırılır.

Noyabrın 23-də Gəncə şəhər Gənclər evində 3 turda təşkil olunacaq dama yarışının 4 fakültənin tələbələrinin iştirak etdiyi I turuna start verildi. Həftənin cümə günü keçiriləcək final mərhələsində 1-2-3 cü yerlər müəyyən olunacaq və qalib tələbələr hədiyyə və diplomlar ilə təltif ediləcəklər.

Tələbələr belə bir şəraitə görə Gəncə şəhər Gənclər və İdman Baş idarəsinə öz minnətdarlıqlarını bildirdilər.