ƏMƏKDAŞIMIZ GƏNC TÜRKOLOQLARIN BEYNƏLXALQ ELMI KONFRANSINDA

21 noyabr 2016-cı il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasında Rəyasət Heyətinin, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş “Müasir türkoloji tədqiqatlar: problem və erspektivlər” mövzusunda Gənc Türkoloqların Beynəlxalq elmi konfransı keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən təşkil olunmuş beynəlxalq konfransda 120-dən artıq məruzə dinlənilmişdir. Məruzələrdə türk dillərinin tarixi, türk xalqlarının tarixi və mənbəşünaslığı, arxeologiya və etnoqrafiyası, iqtisadiyyatı, türk xalqlarının fəlsəfəsinin və mədəniyyətşünaslığının aktual problemləri araşdırılmışdır.

Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Səba Namazova və Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Cavid Vəkil oğlu Bağırzadə Beynəlxalq elmi konfransda çıxış edərək universitetimizi layiqincə təmsil etmişlər.