Auditoriya və auditoriyadankənar dərs yükünün hesablanması üçün işçi qrupu kafedralarda yoxlamalar aparıb

    Gəncə Dövlət Universitetində Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Auditoriya və auditoriyadankənar dərs yükünün hesablanması üçün işçi qrupun sədri dosent Səba Namazovanın rəhbərliyi ilə ixtisas kafedralarında növbəti yoxlamalar həyata keçirilmişdir.

    Pedaqoji, Fizika və ümumi texniki fənlər, Filologiya, Xarici dillər, Riyaziyyat və informatika və digər fakültələrin müvafiq ixtisas kafedralarında aparılan yoxlamalar nəticəsində auditoriya və auditoriyadankənar yükün hesablanmasında ciddi nöqsanlar aşkar olunmayıb. Qarşıya çıxan xırda nöqsanların isə qısa müddətdə aradan qaldırılması tövsiyə olunub.