GDU-da magistratura səviyyəsi üzrə 1-ci kurs tələbələri ilə görüş keçirilib
Gəncə Dövlət Universitetində 15 Sentyabr – Bilik Günü münasibətilə magistratura səviyyəsi üzrə 1-ci kurs tələbələri ilə görüş keçirilib. Magistratura şöbəsinin müdiri Emin Yaqubov magistrantları yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb, magistratura təhsilinin elmi-tədqiqat fəaliyyətinin inkişafında, peşəkar kadr hazırlığında və müasir əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin yetişdirilməsində mühüm əhəmiyyət daşıdığını […]










