GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN 1972-Cİ İL MƏZUNLARI 50 İLDƏN SONRA BİR ARAYA GƏLDİLƏR
Gəncə Dövlət Universitetində riyaziyyat fakültəsini 1972-ci ildə bitirmiş məzunların görüşü keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Vətən müharibəsində şəhid olmuş universitet tələbələrinin xatirəsinə düzəldilmiş guşəni ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Tədbirə başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, Qarabağ müharibəsi şəhidlərinin, eləcə də dünyasını dəyişmiş professor-müəllim heyətinin və məzunların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri […]










