Tələbələrimiz innovasiya və sahibkarlıq bacarıqlarının inkişafına yönəlmiş proqramda uğurla iştirak edib
Gəncə Dövlət Universitetinin Kimya və Biologiya fakültəsinin tələbələri Zeynəb Nağıyeva və Zəhra İsgəndərova Azərbaycanda gənclərin innovasiya və sahibkarlıq bacarıqlarının inkişafına yönəlmiş “Youth Empowerment Through Innovation” proqramını uğurla başa vurublar. AIM Projects və The Stirling Foundation tərəfindən təşkil olunmuş yeddi həftə davam edən proqram çərçivəsində gənclər innovasiya, sahibkarlıq, layihələrin hazırlanması, biznes modellərinin qurulması və təqdimat bacarıqları […]










