GDU-da Elmi Şuranın iclası keçirilib
Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib. İclas öz işinə başlamazdan əvvəl Universitetin rektoru Yusif Yusibov Azərbaycan tarixi kafedrasının əməkdaşı Təranə Behbudovanın Vətən tarixi ixtisası üzrə dosent elmi adı, İnformatika və cəbr kafedrasının baş müəllimi Bəsti Cəfərovanın İnformasiya-ölçmə və idarəetmə sistemləri ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaları münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Prezidenti […]










