Gəncə Dövlət Universitetində payız semestrinin imtahan sessiyasına ictimai baxış keçirilib
Gəncə Dövlət Universitetində 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasında imtahanlara ictimai baxış keçirilib. İmtahanların gedişini müşahidə etmək məqsədi ilə keçirilən mediaturda şəhər ziyalıları, kütləvi informasiya vasitələrinin nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və tələbə valideynləri iştirak ediblər. Əvvəlcə Universitetin Tədris məsələləri üzrə prorektoru, dosent Şahin Xurşudov və Humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyeva ictimai baxışda iştirak […]










