Universitetdə 8 Mart beynəlxalq Qadınlar günü təntənə ilə qeyd edilmişdir
Gəncə Dövlət Universitetinin 2-ci tədris korpusunda 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təntənəli bayram tədbiri keçirilmişdir. Tədbir iştirakçıları torpaqlarımızın işğaldan azad olunmasında canlarından keçmiş Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycanın Dövlət Himni oxunmuşdur. Sonra universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva və universitetin Azad Həmkarlar İttifaqı komitəsinin sədri Afaq Qasımova, pedaqoji fakültənin […]










