Ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq Gəncə Dövlət Universitetinin tələbəsi adını qazanan gənclərlə görüş keçirilib
2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərərək Gəncə Dövlət Universitetinə qəbul olunan tələbələrlə görüş keçirilib. Görüşdə universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxış edərək tələbələri əldə etdikləri uğur münasibətilə təbrik edib və gənclərin gələcəkdə ölkənin elmi, sosial və iqtisadi inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib. […]










