“DIRNA” layihəsi çərçivəsində tədbir təşkil olunub

2024-cü il dekabrın 12-də  Gəncə Dövlət Universitetinin tərəfdaşlığı və Xəzər Universitetinin koordinatoru olduğu “Azərbaycanda İnstitusional Repozitoriyalar (Elektron Arxiv) şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişafı” (DIRNA) adlı Erasmus+KA2 layihəsi çərçivəsində tədbir keçirilib.

Tədbirdə professor-müəllim heyəti, eləcə də uyğun sahədən olan struktur bölmələrin nümayəndələri iştirak edib. İştirakçılara “DİRNA” layihəsi haqqında məlumat verilib. Qeyd olunub ki, layihə açıq girişi olan institusional repozitorlar şəbəkəsinin yaratmaq və səkkiz aparıcı Azərbaycan universitetində tədqiqat nəticələrinin idarə edilməsi kontekstində potensialın artırılması məqsədi daşıyır. Layihəyə 8 Azərbaycan və 3 Avropa ali təhsil müəssisəsi daxildir. Azərbaycan ali təhsil müəssisələrindən tərəfdaşlar Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti,  Texniki Universitet, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universitetidir.

 Tədbirdə “Keyfiyyət tədqiqatı”, “Elmi metod” (misal ilə), “ Eksperimental dizaynlar”, “Elmdə fərziyyələri necə  sınayırıq” adlı mövzular haqqında məlumat verilib. Tədbirdə müasir dövrdə elmi araşdırmaların əhəmiyyəti haqqında müzakirələr aparılıb və elmi bazaların, repozitorların elmi araşdırmalardakı rolundan bəhs edilib, yaxın günlərdə Azərbaycanın Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçirilən 29-cu sessiyasına (COP29) sədrlik və bu tədbirin elmi tədiqatlara verəcəyi töhfədən danışılıb. Yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf kimi mövzuların elmi tədqiqata verəcəyi töhfədən danışılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti