DOSENT NİYAZİ QULİYEVİN İCTİMAİYYƏT ÜÇÜN AÇIQ DƏRSİ

Gəncə Dövlət Universiteti təhsildə uğurlu nəticələr əldə etmiş qabaqcıl müəllimlərin təcrübələrini digər həmkarları ilə bölüşməsi məqsədi ilə “Açıq dərs” layihəsini artıq 3 ildir həyata keçirir.“Açıq dərs” layihəsi zamanı universitetin bütün fakültələrinin  kafedralarında   çalışan  müəllimlərin açıq dərsləri universitet rəhbərliyi tərəfindən ciddi nəzarətdə saxlanılır.

26 aprel 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin əsas tədris binasının akt zalında Fizika və texniki fənnlər fakültəsinin Fizika kafedrasının müdiri, dosent iNiyazi Quliyevin “Elektrik və canlı orqanizm” mövzusunda ictimaiyyət üçün açıq dərsi olmuşdur.

İctimaiyyət üçün keçirilən açıq dərsdə universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent FəxrəddinMəmmədov, fakültənin dekanı dosent Muğan Quliyev, kafedranın professor- müəllim heyəti, fakültənin digər kafedralarının əməkdaşları, ictimaiyyət nümayəndələri, orta məktəblərdən  ixtisasçılar, universitetin professor- müəllim heyəti, tələbələrvə KİV nümayəndələri iştirak etmişlər.

Dosent Niyazi Quliyev “Elektrikin kəşfi” , “Sabit elektrik və dəyişən elektrikin orqanizmə təsiri” , “Maqnit sahəsi və maqnit fırtınası” , “Elektrokardioqramma” , “Elektroençefaloqramma” mövzuları haqqında açıq dərs iştirakçılarına ətraflı məlumat verdi.

Sonda isə dinləyiciləri maraqlandıran suallar cavablandırıldı. Müzakirə zamanı açıq dərsin geniş təhlili ilə bərabər, bu ənənənin istər ali, istərsədə orta məktəb müəllimləri, tələbələr  üçün ciddi əhəmiyyəti vurğulandı.