ERASMUS +”AESOP” LAYİHƏSİNİN L’aquila təcrübəsi öyrənildi
Məlum olduğu kimi Gəncə Dövlət Universiteti Erasmus+ proqramı çərçivəsində Akaki Tresteli Dövlət Universitetinin rəhbərlik etdiyi “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” (“AESOP: Advocacy Establishment for Students through Ombudsman Position”) layihəsində tərəfdaş qismində fəaliyyətini davam etdirir.
2017-ci il may ayının 2-dən 4-dək İtaliya Respublikasının L’Aquila Universitetində yerli tərəfdaşlar üçün təlimi keçirildi. Təlimin əsas məqsədi L’Aquila Universitetinin Ombudsman ofisinin fəaliyyəti ilə tanış olmaq və onların həyata keçirdiyi təcrübələri öyrənməkdən ibarət idi. Təlim müddətində Universitetdə tələbələr üçün yaradılan akademik və sosial fəaliyyətlərdən söhbət açdılar. Əsasən Ombudsman ofisinin rəhbəri və onun fəaliyyət planına dair təqdimatı iştirakçılar üçün önəmli və maraqlı idi. Təlimin son günündə əməkdaşlarımız L’Aquila Universitetində təhsil alan Azərbaycanlı tələbələrlə görüş imkanı da əldə etdilər.
Qeyd edək ki, görüşdə Gəncə Dövlət Universitetinin layihə üzrə işçi qrupunun üzvləri İKT şöbəsinin müdiri Asif Həsənov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və Xarici dillər fakültəsinin Praktik xarici dillər kafedrasının baş müəllimi Samirə Nəbiyeva iştirak etdilər.
Beynəlxalq təlimlər yekunlaşandan sonra layihə üzrə işçi qrupumuz Universitetimizdə Ombudsman ofisinin strukturu, əsasnaməsi və iş planının yaradılmasına dair fəaliyyətlərini davam etdirəcəklər.