FRANSIZ QONAQLARLA İŞGÜZAR GÖRÜŞ

Bu günlərdə əməkdaşlıq  müqaviləsinin müddəalarına uyğun olaraq “Yuxarı Alzas” Universitetinin əməkdaşlarından  Filologiya fakültəsinin  dekanı xanım  Qreta Komur, Nikol Dzyub, İnkar Kuramayeva və  Tatyana Musinovanın  Gəncə Dövlət Universitetinin Fransız dili kafedrasının əməkdaşları və Fransız dili müəllimliyi ixtisasının tələbələri ilə görüşü olmuşdur. Əsas binanın iclas zalnda təşkil olunan  bu görüşdə Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Mübariz Yusifov və Nizamişünas, filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Xəlil Yusifov da iştirak etmişlər.

Görüşdə Fransız dili  kafedrasının əməkdaşları ilə işgüzar  məsləhətləşmələr aparılmış, əməkdaşlıqla bağlı yeni müddəaların işlənib hazırlanması nəzərdə tutulmuş, Erasmus+ proqramı vasitəsi ilə xaricdə təhsil almaq imkanları müzakirə  edilmişdir. Tələbələrə isə  magistratura pilləsində  Fransada təhsil almağın qayda və prinsipləri izah edilmişdir.

Görüşdə eyni zamanda  Yuxarı Alzas Universitetində yaradılmış   “Nizami Gəncəvi” kafedrasının doktorantı  İnkar Kuramayevanın  “Nizami Gəncəvi yardıcılığında qadın surətləri” mövzusunda dissertasiya işinin, Nikol Dzyubun isə  “Dədə Qorqud” dastanında multikilturalizim məsələləri” mövzusunda doktorluq dissertasiyasının təqdimatı və müzakirəsi olmuşdur.

Görüşdən sonra  qonaqlar şəhərimizlə tanış olmuş, xoş təəssüratlarla da   ayrılmışlar.