Gəncə Dövlət Universitetində gənclərə hüquqi biliklərin aşılanması ilə əlaqədar görüş keçirilmişdir
Gəncə Dövlət Universitetində “Gənclər arasında hüquqi maarifləndirmə layihəsi” çərçivəsində görüş keçirilmişdir.
Görüşdə Azərbaycan Polis Akademiyasının, ADA Universitetinin, Bakı Dövlət Universitetinin və Dövlət İdarəçilik Akademiyasının tələbələri iştirak etmişlər.
Görüşü giriş sözü ilə layihə koordinatoru Ülvi Quliyev açaraq Şanlı Zəfər tariximiz olan “Aprel döyüşləri” haqqında geniş məlumat verdikdən sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək gənclər arasında hüquqi biliklərin yayılmasının və öyrənilməsinin əhəmiyyətindən danışmış, yuxarıda adları çəkilən ali təhsil ocaqlarının həyata keçirdikləri bu layihənin əhəmiyyətindən danışmışdır.
İnteraktiv sual-cavab və oyunlar şəklində keçən görüş fəal iştirakçılara hədiyyə və sertifikatların verilməsi ilə başa çatmışdır.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.